Amerikadan Avropaya, oradan Azərbaycana kokain gətirən dəstə üzvləri tutuldular - ƏMƏLİYYATIN VİDEOSU

Amerikadan Avropaya, oradan Azərbaycana kokain gətirən dəstə üzvləri tutuldular - ƏMƏLİYYATIN VİDEOSU
KRİMİNAL
14:16 19.05.2023
978
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.

Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub. Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib.

Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan "TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan "çirkli” pulları ölkə xaricinə çıxarmaq olub. Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib.

Həyata keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər - Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərov saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları "Kazım”, "Fəridin” və "Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən dəfilədən - FOTOLAR
13:49 17.10.2025
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən dəfilədən - FOTOLAR
Jlo əsl sevgini hələ də yaşamadığını etiraf edib
13:33 17.10.2025
Jlo əsl sevgini hələ də yaşamadığını etiraf edib
Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik
13:18 17.10.2025
Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik
Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
13:00 17.10.2025
Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:43 17.10.2025
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Qəzadan sonra ağır günlər yaşayan Aylanın ailəsində itki
12:38 17.10.2025
Qəzadan sonra ağır günlər yaşayan Aylanın ailəsində itki
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub
12:29 17.10.2025
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub
Məşhur müğənninin infarkt keçirməsinə səbəb arıqlama iynəsidir - İDDİA
12:23 17.10.2025
Məşhur müğənninin infarkt keçirməsinə səbəb arıqlama iynəsidir - İDDİA
Belaruslu müğənni öldürüldü, orqanları satıldı, cəsədi yandırıldı
12:19 17.10.2025
Belaruslu müğənni öldürüldü, orqanları satıldı, cəsədi yandırıldı
Romada “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib
12:19 17.10.2025
Romada “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
12:17 17.10.2025
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
12:14 17.10.2025
Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
Mehmanla Xəyyam illərlə küsülü olub
12:01 17.10.2025
Mehmanla Xəyyam illərlə küsülü olub
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi 
12:00 17.10.2025
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi 
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının məhkəməsi başlayıb
11:57 17.10.2025
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının məhkəməsi başlayıb
Zəngilan: qədim tarixdən müasir inkişafa gedən yol
11:47 17.10.2025
Zəngilan: qədim tarixdən müasir inkişafa gedən yol