Amerikada 13 yaşlı qızcığazın peşəkarcasına odlu silahdan istifadə etməsi görənləri təəccübləndirir. Məlumata görə, bir müsabiqəyə hazırlaşan kiçik qız meşədə yerləşdirilmiş hədəfləri müxtəlif silahlardan istifadə edərək böyük məharətlə vurur. Özü barədə danışan qız 5 yaşından bəri atası ilə birlikdə silah təlimi ilə məşğul olduğunu deyib. O həmçinin bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ya başqa qurum üçün yox, keçiriləcək müsabiqədə uğur qazanmaq üçün çalışır.