Amerikalı həmsədr Qarabağa sülhməramlıların yerləşdirilməsindən danışıb

SİYASƏT
18:28 23.07.2015
953

Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi xeyli müddətdir müzakirə olunur.

Gün.Az xəbər verir ki, bu barədə Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsi və beynəlxalq zəmində təhlükəsizlik zəmanəti istənilən münaqişənin əsas amillərindən olmalıdır.

Uorlik Azərbaycanda və Ermənistanda keçirilən görüşlərdə bu məsələnin müzakirə olunduğunu deyib, amma detalları açıqlamayıb:

"Biz bu məsələdə hələ o mərhələyə çatmamışıq ki, detallar açıqlansın".

OXŞAR XƏBƏRLƏR