Amerikalı senator “Crocus” terrorunun səbəbini açıqladı

Amerikalı senator “Crocus” terrorunun səbəbini açıqladı
DÜNYA
14:53 25.03.2024
236

Rusiyanın Moskva vilayətində "Crocus City Hall” konsert zalında baş verən terror aktı həm də ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması səbəbindən mümkün olub”.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə İŞİD faktiki olaraq fəaliyyətini dayandırmışdı.

"Onların 1 000-dən də az döyüşçüsü qalmışdı, indi isə bərpa olunublar. Qismən ona görə ki, biz Əfqanıstanı tərk etməklə onlara müntəzəm zərbələr endirə bilmədik”, - deyə Rubio bildirib.

Politoloq qeyd edib ki, Əfqanıstanın yeni hakimiyyət orqanları terrorçularla effektiv mübarizə aparmaq imkanına malik deyil.

O, həmçinin, terrorun ABŞ ərazisində təkrarlana biləcəyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR