Müğənni qızla oteldə çəkdiyi videonu "tiktok"da paylaşdı, şantaj etdi - Azərbaycanda film kimi olay

Müğənni qızla oteldə çəkdiyi videonu "tiktok"da paylaşdı, şantaj etdi - Azərbaycanda film kimi olay
MAQAZİN
15:19 08.06.2022
4118
Gənc müğənni Amid Sədanın sevgilisini şantaj etdiyinə görə həbs edilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin çılpaq görüntülərlə hədə-qorxu gəldiyi gənc qız onun duet ortağı olub. Araşdırmalar zamanı məlum olub ki, Lalə Əlizadə (ad və soyad şərtidir) Amidlə birlikdə bir neçə mahnı ifa edib və klip çəkdirib. Amid onunla evlənəcəyini bildirərək müxtəlif yerlərdə görüşüb. Həmçinin "Rent a Car”dan avtomobil icarəyə götürərək Laləni Ağcabədiyə aparıb və orada qohumları ilə tanış edib. Lakin sonradan cütlüyün münasibəti pozulub və Amid Səda müğənni həmkarını intim görüntülərini yayacağı ilə hədələyərək ondan pul tələb etməyə başlayıb.

Lalə Ağazadə bildirib ki, Amid onun oteldə çəkilmiş bəzi görüntülərini "TikTok”da paylaşıb və bundan sonra rüsvay olmamaq üçün onunla görüşərək pul verməyə razı olub.

Qeyd edək ki, keçmiş sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Amid Səda barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmənin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO