‘Amnesty İnternational’dan azərbaycanlı ilə bağlı çağırış

‘Amnesty İnternational’dan azərbaycanlı ilə bağlı çağırış
DÜNYA
10:45 18.01.2013
1337

Təşkilat İran hökumətini Yuns Ağayanın yenidən mühakimə olunmasına şərait yaratmağa çağırıb

“Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) İranda edam cəzasına məhkum edilmiş azərbaycanlı məhbusla bağlı həyacan təbili çalır. APA-nın məlumatına görə, təşkilatın yaydığı bəyanatda bildirilir ki, Yunis Ağayan hər an dara çəkilə bilər və bu baxımdan həyatı ciddi təhlükə qarşısındadır: “Yunis Ağayan İranda dini azlığın nümayəndəsidir, yəni Əhli-Həqq, ələvi təriqətinə məxsusdur. 2004-cü ilin sentyabrında İranın Qərbi Azərbaycan vilayətinin Üçtəpə kəndində polislə Əhli-Həqq təriqətinin üzvləri arasında iki dəfə baş vermiş qarşıdırmadan sonra həmin ilin noyabrında həbs olunub. Toqquşma zamanı kənd camaatından 5, təhlükəsizlik qüvvələrindən isə azı 3 nəfər həlak olub. Yunis Ağayan həbs zamanı işgəncə və kobud rəftara məruz qalıb. Yunis Ağayan və digər dörd nəfər Mahabad İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə olunublar. 2005-ci ilin yanvarında Yunis Ağayan və Mehdi Qasımzadə Allaha qarşı düşmənçilik (müharibə) aparmaqda günahlandırılaraq edam cəzasına məhkum ediliblər. Onların hökmləri 2005-ci ilin aprelində İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də dara çəkilib. Digər üç azərbaycanlı məhbus - Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadullah Qasımzadə edam cəzasına məhkum edilsələr də, ancaq onların ölüm hökmləri 2007-ci ilin sentyabrında İranın Ali Məhkəməsi tərəfindən ləğv edilib. Hər üç məhbus 2009-cu ildə İranın mərkəzindəki Yəzd vilayətinin mərkəzi həbsxanasına sürgünə göndərilməklə 13 il azadlıqdan məhrum ediliblər”. Sənəddə qeyd olunur ki, Yunis Ağayan 2012-ci il dekabrın 16-da Mahabad həbsxanasından Urmiya zindanının təkadamlıq kamerasına köçürülüb: “İranda edam cəzasına məhkum edilmiş məhbuslar dar ağacına çəkilməmişdən bir müüdət əvvəl təkadamlıq kameralara köçürülür. Urmiya həbsxanasının təkadamlıq kamerasına köçürüldüyü gün Yunis Ağayan quru aclıq aksiyasına başlayıb, yəni həm su içməkdən, həm də yemək yeməkdən imtina edib”. Bəyanatda vurğulanır ki, Əhli-həqq təriqəti İraq və İranın qərbində XIV əsrdə yaradılıb: “Təriqətin üzvləri azərbaycanlılar da daxil olmaqla digər etnik azlıqların nümayəndələridir. İran Konstitusiyasının 3-cü maddəsinin 14-cü bəndi ölkədə dini azlıqların bərabərliyini təmin edir. Lakin İranda dini və etnik azlıqların nümayəndələri ayrı-seçkiliklə üzləşirlər. Əhli-həqq təriqəti İranda tanınmır və onun mərasimləri qadağandır. İran Konstitusiyasının 13-cü maddəsinə əsasən, yalnız üç dini azlıqlara - zərdüştilər, yəhudilər və xristianlar etiqad azadlığı tanınır”. “Amnesty İnternational” bəyanatının sonunda İran hökumətini edamlar dayandırmağa və Yunis Ağayanın ölüm hökmünü ləğv etməyə çağırır: “Azərbaycalı məhbus beynəlxalq standartlara cavab verən məhkəmə proseslərində yenidən mühakimə olunmalıdır. Çünki Yunis Ağayan yalançı etiraf verməsi üçün işgəncə, kobud rəftar və ədalətsiz şəkildə keçirilmiş məhkəmə prosesi nəticəsində edam cəzasına məhkum edilib. Biz İran hökumətini bütün növ edamlara moratorium qoymağa, dərhal və qeyd-şərtsiz İşgəncələrə, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanı ratifikasiya etməyə çağırırıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var