Amorim üçün həlledici gün yaxınlaşır

Amorim üçün həlledici gün yaxınlaşır
İDMAN
20:41 16.09.2025
172
"Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim üçün həlledici günlər yaxınlaşır.

AZXEBER.COM-un "Mirror”a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Premyer Liqada uğursuz startdan sonra ciddi təzyiq altındadır.

Komanda ilk 4 turdan sonra cəmi 4 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Son Mançester derbisində "şəhərlilər”ə 0:3 hesabı ilə məğlubiyyət rəhbərliyin narahatlığını daha da artırıb. Amorimin 10 ay ərzində 31 liqa oyununda yalnız 8 qələbə qazanması və bəzi təcrübəli futbolçuların dəstəyini itirməsi vəziyyəti çətinləşdirib.

Rəhbərlik hələlik onun yanında olduğunu açıqlasa da, qarşıdakı üç oyunun nəticəsi Amorimin gələcəyini müəyyən edəcək. "Mançester Yunayted” bu müddətdə "Çelsi” ilə evdə, "Brentford”la səfərdə və "Sanderlend”lə "Old Trafford”da üz-üzə gələcək. Uğursuzluq davam edərsə, milli komandaların oyunları üçün fasilədən əvvəl klubun məşqçi dəyişikliyi edə biləcəyi bildirilir.

Amorimi əvəzləyə biləcək namizədlər sırasında Qaret Sautgeyt, Marko Silva, Oliver Qlasner, Andoni İraola və hazırda ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettino yer alır.

Qeyd edək ki, ötən mövsüm "Mançester Yunayted” Amorimin rəhbərliyi altında Premyer Liqanı 15-ci pillədə başa vuraraq son 51 ilin ən zəif nəticəsini göstərmişdi.
OXŞAR XƏBƏRLƏR