Ana 23 il oğlunu tövlədə bağlı saxladı - FOTO

Ana 23 il oğlunu tövlədə bağlı saxladı - FOTO
MARAQLI
02:22 28.08.2011
2294

Artıq 6 ildir ki, o, tövlədə yaşayır. 17 yaşından bəri onun gördüyü bu hisli, yarıuçuq, nəmli dörd divar, nahamvar döşəmə və qara, hisli taxtalardır. Onun belində kəndir var. Kəndir tövlənin daş dirəyinə bağlanıb və onun həyatı həmin kəndirin uzunluğu həddindədir. O, anasının 23 ildir tövlədə saxladığı ruhi xəstədir. Milli.Az xəbər portalı "Xinhua"ya istinadən bildirir ki, Çinin cənubundakı Çunsin vilayətində yaşayan 76 yaşlı Syan Anron 40 yaşlı oğlu Tanı tövlədə saxlayır. Tan kəndirlə tövlənin dirəyinə bağlanıb və o lütdür. Anasının dediyinə görə, Tana nə geyindirsə də, oğlu bütün paltarları cırıb dağıdır, tikə-tikə edir. Qoca Syan oğluna baxmaq üçün qonşusu Tan Zuhuya müraciət edəndə tövlədəki gəncdən xəbər tutulub. Vilayətin sosial təminat xidmətinin əməkdaşları qorxmuş Zuhunun telefon zəngindən sonra hadisə yerinə gələndə biçarə Tanı görüblər. 23 ildir tövlədə qaldığı, sonra da kəndirlə bağlandığı üçün Tanın ayaq əzələləri boşalıb və o, gəzə bilmir. Tan yalnız meymun təki çömbələrək oturur və belə də yeriyir. Ayda 20 dollar məbləğində təqaüd aldığını deyən qoca ana isə Tana yaxşı baxdığını söyləyib: "Onu evdəki qardaşlarından ayırmamışam. Həmişə yedizdirir, içizdirir, çimizdirir, başını qırxıram. Tanda anadəngəlmə ruhi sapıntılar vardı və o, xəstə idi. 17 yaşına çatanda isə aqressivləşdi, qarşısına çıxanla dalaşmağa başladı. Məcbur qalıb onu tövlədə bağladım. Üç övladım var və onların hamısını sevirəm. Amma artıq Tanı saxlaya bilmirəm. Qonşular bizə əl tutmasaydılar, Tan çoxdan acından ölmüşdü. Onun tövlədə olduğunu gizli saxlayırdım, kimsəyə demirdim". 40 yaşlı Tan Çunsin vilayət xəstəxanasına aparılıb. Milli.Az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı