Rusiyanın Kalininqrad şəhərində 31 yaşlı qadın həbs olunub. O, qızını qətlə yetirməkdə suçlanır.
Polisdən verilən məlumata görə, 31 yaşlıNatalya Avdotyeva4 yaşlı qızıValeriyanı boğaraq öldürüb. Ana qızını qətlə yetirəndən sonra polisə zəng vurub və cinayəti barədə xəbər verib. "Uşaq anadangəlmə ürəyi qüsurlu idi. Natalya Avdotyeva ilkin ifadəsində bildirib ki, qızının əzablarına artıq dözə bilməyib və onu "boğaraq əzablardan xilas etmək istəyib", - polis əməkdaşları bildiriblər. Natalya Avdotyeva axşam saatlarında qızının yatdığı otağa girib, yuxuda olan balaca Valeranın üzünə yastıq qoyaraq sıxıb və qızını boğub. Natalya əlil qızını tək böyüdürdü. Ana hər gün balaca qızının əzablarını görür və ağlayırdı. Natalya Avdotyeva məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün xəstəxanaya yerləşdirilib. (milli.az)