Türkiyənin İstanbul şəhərində, Eminönüdə anası tərəfindən dənizə atıldığı bildirilən 40 günlük Tuğçenin axtarışı davam edir.
Dəniz polisinin dünən havanın qaralmasının ardından başa çatan axtarış işləri bu gün səhər saat 11-dən etibarən yenidən başlanılıb.
Polis bölməsinə gedərək təslim olan 35 yaşlı Fatma K.-nın verdiyi ifadədə psixoloji problemlər yaşadığını və bu səbəbdən 40 günlük qız körpəsini öncə özünə aid olan tapançayla öldürməyə çalışdığını söylədiyi məlum olub. Fatma K. ifadəsində körpəsinin göbəyinə 3 atəş açdığını, ancaq ölməyincə dənizə atdığını, daha sonra peşman olduğu üçün polisə gəldiyini deyib.
Qadının tutulan 36 yaşlı sevgilisi Mustafa T. isə polisə verdiyi ifadədə yaşanan hadisədən xəbərinin olmadığını söyləyib.
///Milli.Az