Ana 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi

MARAQLI
23:36 17.03.2019
4356
ABŞ-da Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt əkiz dünyaya gətirib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə yerli xəstəxana "Facebook" sosial şəbəkəsində yazıb. Qeyd olunur ki, qadın 4 oğlan və 2 qız uşağını səhər 04:50 - 04:59 müddəti ərzində dünyaya gətirib.

Xəstəxana nümayəndələri qeyd edir ki, 6 uşağı dünyaya gətirmək şansı 1-in 4,7 milyardadır.

Dünyaya gələn uşaqlar və ana özlərini yaxşı hiss edirlər və həkimlərin nəzarəti altındadırlar.
OXŞAR XƏBƏRLƏR