44 yaşlı Kurqan sakini kredit borclarına görə oğlunu öldürüb, özünü isə asıb.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, məktəbdə xadimə işləyən qadının mənzilindən ölümqabağı kağıza yazdığı qeyd tapılıb.Bu qeyddə qadın, bu addımı atma səbəbi kimi ödəməyə imkanı çatmadığı çoxsaylı kredit borclarını göstərib. Oğlunu öldürmə səbəbinin isə onun başqa qadına ana deməsini istəmədiyi olduğunu bildirib.Hadisə oktyabrın 28-də baş verib. Ancaq bu barədə ancaq indi bilinib. Məlum olub ki, anası və qardaşının cəsədini mənzildə qadının böyük oğlu aşkar edib.