Çinin Quandun əyalətində ana dörd azyaşlı qızını qətlə yetirib.
Buna qadının oğlan övladı istəməsi səbəb olub.
Məlumatlara görə, noyabr ayında qadının beşinci qız övladı dünyaya gəlib. Depressiyaya düşdüyü deyilən qadın bıçaqla qızlarına hücum edib.
Polisin məlumatına görə, ana beş qızını ağır yaralayıb. Onlardan dördü xəstəxanaya aparılarkən həyatını itirib.