Çəkisini 190-kq-dan 82-yə salan qadın arzusuna çatıb
İngiltərəli qadının ana olmaq arzusu onu arıqladıb. Mişel Terner (Michelle Turner) həmişə ana olmaq istəyib. Amma uğursuz nikahlarında emosiyalarını həddindən artıq qəbul etdiyi qidalarla dəf etməsi onun çəkisini 190 kiloqrama kimi qaldırıb. Bu da onun ana olmasına əngəl olub.
ANS PRESS-in məlumatına görə, qadın hamilə olmaq və uşaq doğmaq üçün 108 kiloqram arıqlamalı olub. Əvvəllər 190 kq olan qadın çəkisini 82 kq-a kimi azalda bilib.
Yaxınları onun ana olmaq şansını sıfır dəyərləndiriblər. Çünki Mişel 35 yaşına kimi 5 dəfə uşaq salıb, uşaqlıqdan kənar hamiləlik və bir ölü doğuş gerçəkləşdirib. Məhz bu amil yaxınlarını belə düşünməyə vadar edib.
Həm də, artıq çəki artıq onun öz həyatı üçün təhlükə idi. Həkimlər arıqlamaq üçün ona mədə kiçiltmə əməliyyatı etdirməyi məsləhət görüblər. Əməliyyat doğrudan da kömək edib və Mişel nə az, nə çox 108 kq arıqlayır.
Qadın çəki itirdikdən sonra hamilə qala bilib və sağlam qız uşağı dünyaya gətirib. Artıq Mikayla adlandırılan körpənin 1 yaşı tamam olub.
Mişel indi kiçildilən mədəsi ilə qızından da az yesə də, xoşbəxtliyinin həddi-hüdudu yoxdur.

