Çünki Penin 8 yaşı olanda anası onu kiçik, dar dəmir qəfəsə salıb.
Artıq 40 ildir ki, Pen Veynin dəmir qəfəsdədir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Penin anası, 80 yaşlı Pen Veymeyoğlunu qorumaq üçün belə etdiyini deyir.
"O, ruhi xəstədir. Özünü, sözünü, əməlini bilmir. Oğlumu 8 yaşına qədər normal böyütdüm. Əgər belə həyata normal demək mümkünsə... Sonra qorxdum ki, xəstə oğlum yıxılar, harasınısa sındırar, özünə xəsarət yetirər.Bu səbəbdən də yataq otağında kiçik dəmir qəfəs düzəldib oğlumu oraya saldım. 40 ildir ki, oğlum oradadır. Onun belə həyatı ürəyimi parçalayır. Amma nə edim... Oğlumu sevirəm və onu qorumalıyam", - Çinin mərkəzindəki Henan vilayətinin inzibati mərkəzi Çjençjou şəhərində yaşayan Pen Veymey deyib.
Oğlunu qəfəsin dəmir barmaqlıqları arasından yemləyən ananın dediyinə görə, oğluna görə qorxur: "Çox qorxuram. Mən öləndən sonra ona kim baxacaq?!"
Ananın dediyinə görə, oğlunun 5 yaşı olanda çox güclü yoluxucu xəstəlik keçirib.
Penin qızdırması bir neçə gün düşməyib və bundan sonra onun beyin fəaliyyətində ciddi qüsurlar yaranıb.
Pen 6 yaşına çatanda onda çox güclü epilepsiya tutmaları başlayıb.
"Həmin vaxtlar oğlum oynayanda tez-tez şüşə və ya bıçaqla əl-ayağını kəsir, yaralanırdı. Ərim qəfəs hazırladı, oğlumu qəfəsə saldıq. Sonra ərim öldü, oğlumla qaldım. Onu çox sevirəm. Məni tanıyır, amma anası olduğumu bilib-bilmədiyinə şübhə edirəm..." - Veymey ağlayaraq danışıb.