Ana qızını 10 manata görə benzinlə yandırıb ölümünü seyr etdi - AZƏRBAYCANDA

KRİMİNAL
17:03 11.09.2016
24179

Gəncədə ana 12 yaşlı qızını öldürüb.

AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, fakt şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb mərhum Vüsalə Quliyevanın evdən 10 manat məbləğində pul götürməsi olub.

Bundan hiddətlənən ana, sənədlə adı Bülbül olub, el arasında isə Xalidə Quliyeva kimi tanınan qadın qızının üzərinə benzin tökərək yandırıb. Dəhşətlisi isə odur ki, ana kənardan uşağın yanmasına tamaşa edib və qızı onun gözləri qarşısında canını tapşırıb. Yaxınlarının məlumatına görə, qətli törədən qadın ruhi xəstə olub.

OXŞAR XƏBƏRLƏR