Ana söyüşünə görə tanışını baltaladı - Dəhşətli qətlin təfərrüatı

Ana söyüşünə görə tanışını baltaladı - Dəhşətli qətlin təfərrüatı
SOSİAL
11:56 09.02.2017
2051

 

Sumqayıtda keçmiş məhbus ana söyüşünə görə tanışını qətlə yetirib.

Hadisə Corat qəsəbəsində baş verib. 

Belə ki, 34 yaşlı Hətəmov Ramiz Yunis oğlu tanışı, 45 yaşlı Quliyev Rüfət Salman oğlunun yaşadığı evə qonaq gedib. Daha sonra qonaqla ev sahibi arasında mübahisə düşüb. R.Hətəmov nalayiq söyüşlərlə R.Quliyevi təhqir edib. Bundan sonra R.Quliyev evdəki balta ilə R.Hətəmovun baş nahiyəsinə zərbə vuraraq onu qətlə yetirib. 

R.Quliyev könüllü olaraq polisə təslim olub. 

Qeyd edək ki, R.Quliyev əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

///report

 

OXŞAR XƏBƏRLƏR