Üç yaşlı qızına spirtli içki verən ana etdiyi əməlini inkar edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ şəhərində baş verib.
Ferhat K. adlı şəxs 9 ay əvvəl həyat yoldaşının telefonunda 3 yaşlı qızının spirtli şüşə ilə şəkillərini görüb.
Hadisədən sonra həyat yoldaşına qarşı boşanma iddiası açan Ferhat K. qızının hələ də anası ilə yaşadığını və təhlükədə olduğunu bildirib.
Uşağın atası polisə açıqlamasında bildirib: "Övladıma spirtli içki içiriblər. Anası bunu zarafat məqsədilə etdiyi söyləyir, ancaq olan olub və bu gələcəkdə bəzi problemlərə gətirib çıxara bilər. Belə zarafat olmur. Həyat yoldaşımın bu etdiyindən sonra hər 2 həftədən bir qızımı görməyə Tekirdağa gedirəm".
Qeyd edək ki, ana etdiyi əməli boynuna almayıb. Polis araşdırmalar aparır.
Mikayıl