Ana üst-başını çirkləndirən iki uşağını boğdu

DÜNYA
12:36 19.08.2015
1718
Başqırdıstan Respublikasında ana iki uşağını qətlə yetirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iyun-avqust aylarında psixoloji dispanserdə müalicə aldıqdan sonra evə buraxılan 27 yaşlı Gülnaz adlı qadın 4 və 2 yaşlı oğlanlarını duş kabinəsində boğub.
Sonra qadın müalicə aldığı xəstəxanaya müraciət edərək baş verənləri etiraf edib. Gülnazın sözlərinə görə, uşaqlar çöldə oynadıqları zaman üst-başlarını çirkləndiriblər. O, uşaqları çimizdirmək əvəzinə suda boğmaq qərarına gəlib.
Qadın psixoloji dispanserə aparılıb və nəzarət altında saxlanılır.
OXŞAR XƏBƏRLƏR