Ana və dörd uşağı ölü tapıldı - Ata itkin düşdü

Ana və dörd uşağı ölü tapıldı -  Ata itkin düşdü
DÜNYA
13:10 26.12.2023
161
Fransanın paytaxtı Paris yaxınlığındakı binada 5 nəfərin cəsədinin tapıldığı bildirilib.
    
AZXEBER.COM xəbər verir ki, Fransa mətbuatda yer alan xəbərə görə, Haiti əsilli qadın və 4 uşağının cəsədi dünən gecə Parisdən 41 kilometr uzaqlıqdakı Miux şəhərində bir binada tapılıb.

Şəhər Prokurorluğu hadisə ilə bağlı yaydığı press-relizdə evə məcburi giriş əlamətinin olmadığını və 33 yaşlı atanın axtarışda olduğunu bildirib.
 
Həyatını itirənlərdən birinin 8 aylıq körpə, digər uşaqların isə 2, 4 və 7 yaşlarında olduğu bildirilib.

Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.

Hadisə baş verən axşam saatlarında binanın dəhlizlərində qan izləri tapan qonşu polisə xəbər verib.
 
Polis tərəfindən axtarışa verilən atanın psixoloji problemlərinin olduğu və əvvəllər də həyat yoldaşına qarşı zorakılıq etdiyi bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR