Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb. AZXEBER.COM xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb. İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib. Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşına da zərər verilib. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.