Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü

Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü
SOSİAL
20:41 23.03.2026
221
Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.

Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşına da zərər verilib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.
OXŞAR XƏBƏRLƏR