Türkiyədə ana və qızı yanğında ölüblər.
Sandıqlı rayonunda evdə başlayan yanğın zamanı 60 yaşlı Pəmbə Hopayılmaz və 32 yaşlı qızı Aysel Hopayılmaz alovlar içində can veriblər.
Ana və qızın cəsədi hamamda bir-birinin boynuna sarılmış şəkildə tapılıb.
Ailə üzvlərini yandırdığı iddia edilən A.H.-nin yanmış geyimini və ayaqqabısını evinin həyətində çıxarıb gizlədərək qonşuda gizləndiyi məlum olub. Ailənin oğlu olan A.H.-nin bədənində yanıq izlərinin olduğunu görən qonşular Təcili Tibbi Yardım briqadası çağırıblar. Yaralı dərhal xəstəxanaya götürülüb.
Əməliyyat axtarış tədbirlərindən sonra ailənin oğlunun bu qətli törətdiyi ortaya çıxıb. Belə ki, yüksək spirtli içki qəbul edən şəxs evə od vuraraq ana və bacısını yandırıb. Özü isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Yanğınla bağlı araşdırma aparılır.
///Milli.Az