"Anam çox ağırdır. Əlimdən dua etməkdən başqa heç bir şey gəlmir, bu gün 8 gündür ki, anam komadan ayilmır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib.
O bildirib ki, anası komaya düşüb və səhhətində heç bir irəliləyiş yoxdur:
"Həkimlərin sonsuz səylərinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Nə olar dualarınızı əsirgəməyin. Maddi vəziyyətim də çox pisdir, artıq heç bir şey edə bilmirəm".