"Anam ilə birlikdə hər şeyim getdi" - Balaəli

MAQAZİN
11:21 24.02.2025
255
"Çoxdandır anamı yuxuda görmürəm. Ona çox ehtiyacım var".
 
AZXEBER.COM xəbər verir ki, bu haqda "Rəngarəng" verilişində danışan meyxanaçı Balaəli göz yaşlarını saxlaya bilməyib.
 
Anasını yeni itirən meyxanaçı onun yoxluğu ilə barışa bilmədiyini deyib:
 
"Bütün yaxınlarım bilir ki, mən çox çətin dönəmlərdən keçirəm. Anamı itirdiyim gündən həyatım dəyişib. Hər gecə qızımı öpüb yatıram. Xəyal edirəm ki, anam da mənim yuxuma gəlsin, amma gəlmir. Uzun zamandır yuxuda da görə bilmirəm. Məndən küsürlər ki, atama baş çəkmirəm. Mən gedib atamın gözündəki kədəri görəndə dözə bilmirəm. Pul, para hamısı boş şeydir. Anam getdi, evin hər şeyi getdi".
 
Aysel

OXŞAR XƏBƏRLƏR