"Anam kimi müğənni olmaq istəmirəm" - Əməkdar artistin qızı

"Anam kimi müğənni olmaq istəmirəm" - Əməkdar artistin qızı
MAQAZİN
11:07 21.06.2025
276
Əməkdar artist Lalə Məmmədova qızı Çinarə ilə canlı yayımda qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, "Zaurla günaydın" verilişinə qatılan sənətçi qızlarının gözəl səsi olduğunu desə də, onların müğənni olmaq istəmədiyini bildirib.

Sənətçinin qızı Əməkdar artistin bu fikirlərini təsdiqləyib:
 
"Mən anam kimi müğənni olmaq istəmirəm. Çünki bu iş çox əziyyətlidir. Anam gecə evə yorğun gəlir, dikdaban ayaqqabılar, saç düzümləri onu yorur. Ona görə istəmirəm. Anam məni heç nəyə məcbur etmir".
 
Aysel
OXŞAR XƏBƏRLƏR