‘Anam necə geyindiyimi bilsə, başımı kəsər’ – Tanınmış azərbaycanlı müğənni

MAQAZİN
13:59 23.08.2013
6765

Müğənni Günay İbrahimli sentyabrın 1-də konsert proqramı ilə çıxış edəcək.

Axşam.az-ın məlumatına görə, 106.3 FM-də yayımlanan “Müleyli” şousuna qonaq olan sənətçi geyimlərindən danışıb:

“Konsertdə nə geyinəcəyimi gizlədirəm. Hətta anam da bilmir ki, paltarlarım necə olacaq. Hər gün soruşur. Deməsəm yaxşıdır. Çünki bilsə, başımı kəsər. Heç vaxt o cür açıq-saçıq geyimlərdə görünməmişəm. Bu konsertdə risk edəcəm”.

Qeyd edək ki, Günayın “De, onun adı nədir” adlı solo konserti “Yaşıl Teatr”da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR