"Anam süni mayalanma etdirməyə qoymadı" - Mənzurə

"Anam süni mayalanma etdirməyə qoymadı" - Mənzurə
MAQAZİN
10:37 08.11.2018
3798
Müğənni Mənzurə Musayeva bir müddət əvvəl süni mayalanma etdirəcəyini açıqlamışdı. 

Ana olmaq istədiyini deyən sənətçi qardaşı qızını övladlığa götürüb. Mənzurə "Şou ATV" proqramında bildirib ki, anası ona süni mayalanma etdirməyə icazə verməyib:

"Anamla birlikdə yaşayıram. Dediyinə qulaq asmalıyam. İcazə vermədi süni mayalanma etdirməyə. Dedi ki, vaxtında etdirərdin, indi gecdi. Çox səhvlər elədim. Qızımı köçürmüşəm, Allah ona ana olmağı qismət etsin. Anam deyir ki, Allah vermədisə, daha istəmə. Məsləhət görsəydi, verərdi". 
 
///Axşam.az
 

OXŞAR XƏBƏRLƏR