ANAMA Ağdamda minaya düşən əməkdaşının durumunu açıqladı

ANAMA Ağdamda minaya düşən əməkdaşının durumunu açıqladı
SOSİAL
16:02 06.08.2021
279
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 6-da minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb.

AZEBER.COM xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

OXŞAR XƏBƏRLƏR