ANAMA Füzulu rayonunda top mərmisi aşkar edib

ANAMA Füzulu rayonunda top mərmisi aşkar edib
SOSİAL
18:44 08.10.2020
469

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz
əməliyyatlar barədə məlumat yayıb.

AZXEBER.COM "Report"a verilən məlumata görə, 8 oktyabr 2020-ci il tarixində Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən Füzuli rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd tüstülü 122 mm-lik top mərmisi (D-4) aşkar olunmuşdur.

Aşkar olunmuş mərminin tərkibində 3,6 kq ağ fosfor (P-4) vardır ki, bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.

OXŞAR XƏBƏRLƏR