'Anama, qızlarıma, evimə, avtomobilimə, ailəmə hamısına fitrə çıxaracam'

MAQAZİN
15:40 05.08.2013
2064
Ramazan bayramına sayılı günlər qalıb. İslam qaydalarına görə, hər bir müsəlman bayram namazına qədər fitrə çıxarmalı, müəyyən qədər yeyiləcək qida məhsulu (düyü, buğda, xurma), yaxud həmin məhsulların dəyərində pulu ehtiyacı olan kəslərə verməlidir.
Artıq fitrə sədəqəsinin məbləği də açıqlanıb. Bu barədə bizəAxund Hacı Sultan Əlizadəməlumat verib: " Əslində 3 çörəyin pulu miqdarında fitrə çıxmalıdır. 3 çörəyin pulu 1 manat 20 qəpik edir. O pulla da hansı kasıba kömək etmək olar axı?! O pulla heç bir kasıba əl tutmaq olmaz. Müasir dövrü, xərclərimizi nəzərə alaraq adambaşına 3 manat fitrə pulunun çıxarılmasını düzgün bilirik. İmkanı olan şəxslər isə daha çox fitrə pulu çıxara bilər. Bunun üçün heç bir məhdudiyyət yoxdur. Kasıb-kusuba əl tutmaq çox savabdır. Bu ay çox müqəddəs aydır və bu ay da kasıblara əl tutmaq vacib şərtdir”.
Bu Ramazanda oruc tutan müğənnilərimiz barədə oxuculara məlumat vermişdik. İndi isə fitrə pulunun çoxluğu-azlığı ilə öyünən müğənnilərimizin açıqlamalarını təqdim edirik.
Rəqsanə İsmayılova:"Özümə və ailəmə fitrə pulu çıxaracam. Dində necədisə elə də edəcəm. Evə, maşına da fitrə çıxaracam. Adam başına 3-4 manatdan, amma çox da ola bilər. Anama, qızlarıma, evimə, avtomobilimə, ailəmə hamısına fitrə çıxaracam”.
Göyçək Fatimə:"Evimizdə neçə adam varsa onların hamsına fitrə çıxaracam. Hər adambaşına bir çörək pulu fitrə pulu düşür. Mən ümumən 20 manat fitrə sədəqəsi verməyi düşünürəm. Bundan əlavə, həmin gün öz paltarlarımı yığıb Əlillər evinə aparıram. Halbuki hamsı təzə paltarlardır”.
Müğənni Xuraman Şuşalı:"Mən ümumiyyətlə hər gün İslamda olduğu kimi günün sədəqəsini çıxarıram. Hamıya da məsləhət bilirəm. Çox kömək olur. Ramazan bayramında ailə üzvlərinin sayına görə buyrulduğundan da artıq fitrə çıxaracam və ehtiyacı olan insanlara verəcəyik. Bizdə belə insanlar kifayət qədərdir. Amma avtomobilə, evə, mülkə-filan, belə şeylərə mən heç vaxt fitrə çıxartmamışam”.
Şeron qrupunun nümayəndəsi Tərlan:"Adambaşına 10 manat çıxaracağıq və məscidə verəcəyik”.
Tolik: " Biz üzdə olan adamlar fitrə pulunu bir az çox çıxarırırq. Mən məsələn, adambaşına 10 manat fitrə sədəqəsi çıxardıram. Fitrə pulunu da hər hansı bir dilənçiyə verməyə dəyməz. Ondansa ehtiyacı olana versək, o pulu daha yaxşı olar. Məsələn, mən hər il, əlil arabasında Sahil metrosu tərəfdə dilənən bir qız var, aparıb ona verirəm. Ondan əlavə, bu aylarda xeyir işlər daha çox görürəm.
Keçən il Ramazanda 100 manatlıq bazarlq edib, aparıb qonşuya verdim. Düzdü, belə şeyləri deməzlər, mən də deyən deyiləm. Amma bu dəfə soruşduğunuz üçün açıqlamalı oldum”.
Rüfət Axundov:"Adambaşına 50 manat fitrə pulu çıxardırıq. Bu işlə əsasən evin ağbircəyi - anam məşğul olur. Mənim əlim cibimdədir də... Kim nə mqədər istəyir, ehtiyacı var, verirəm. Bu il fitrə pulunu gözətçimizə verəcəyik. Çünki dünən evə gələndə özü mənə yaxınlaşıb, bunu xahiş etdi”.
Manaf Ağayev:"İldə bir dəfə can vergisi çıxarırırq. Adambaşına 100 manatçıxardıram. Yalandan deyim 10 min çıxardıram, günah olar. O işə əslində yoldaşım baxır. Sonra isə fitrə pulunu ya məscidə, ya da kasıb-kusuba verirəm”.
Cavanşir Məmmədov:"Əslində adambaşına 6 manat çıxarılmalıdır. Burada yekəxanalıq lazım deyil. Biz ailədə 8 nəfərik. Mən adambaşına 10 manat verəcəm. Yalandan-palandan elə deyirlər ki, mən 100 manat fitrə pulu verəcəm. Atama lənət, əgər o müğənni 100 manat fitrə pulu verə bilsə... Onların hamsının banka borcları var. Yalandan söz deyib, insanların əsəbi ilə oynamayın. Kim deyir ki, 100 manat, 200 manat fitrə pulu verəcəm, onu siz də gedin çəkin, göstərin ki, hamı inansın.
Bunu dini qayda-qanunla etmək lazımdır. Yenə deyirəm, yekəbaşlıq etmək olmaz. Qabaqlar 1 çörəyin pulunu çıxartmaq lazım idi. İndi isə hər şey dəyişdiyi kimi o da dəyişib. Əslində 6 manat fitrə pulu çıxarılmalıdır”.
Xatirə İslam:Dində nə qədər buyrulubsa o qədər fitrə çıxarıb, ehtiyacı olana verəcəm".
Əfruzə AĞAYEVA, movqe.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı