ANAMA: “Xəritə olmadığı üçün minaları aşkar etmək çətindir”

ANAMA: “Xəritə olmadığı üçün minaları aşkar etmək çətindir”
SOSİAL
13:59 31.03.2021
349
Minalanmış sahələrin xəritəsi olmadığı üçün minaları aşkar etmək çətindir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədəd Məmmədov deyib.

O qeyd edib ki, düşmən hələ də o xəritələri Azərbaycan hökumətinə təhvil verməyib:

"Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi ən aktual məsələlərdəndir və hökumət tərəfindən daim diqqətdə saxlanılır. Ermənistan tərəfi isə minalanmış sahələrin xəritəsini bizə təqdim etməyib. Bu səbəbdən minalanmış xətləri aşkara çıxarmaq çətindir”.
OXŞAR XƏBƏRLƏR