"Anamın halı pisləşəndə dəniz qırağına gedib, diz çöküb Allaha yalvarırdım ki, onu məndən almasın. O qədər yaxın dostum idi ki, düşünürdüm onsuz qala bilmərəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova deyib.
"Günə uğurla" verilişində qonaq olan aktrisa anasının xəstəliyi zamanlardında yaşadığı çətinliklərdən danışıb:
"Anamın simasında bütün yaşlı qadınlara böyük hörmətim var. O mənim ən yaxın dostum idi. Onun qanından dünyaya gəldiyim üçün Allaha çox şükür edirəm. İlk kədərim atam olub, onu 17 yaşımda itirmişəm, 50 yaşı var idi. Çox çətin günlərimiz də olub, amma anamın üzünü istədiyim kimi güldürə də bilmişəm. Bunlara baxmayaraq anamı itirmək mənim üçün dünyadakı ən böyük fəciə idi. Onun halı pisləşəndə dəniz qırağına gedib, diz çöküb Allaha yalvarırdım ki, onu məndən almasın. O qədər yaxın dostum idi ki, düşünürdüm onsuz qala bilmərəm. Allah da ona 1 il 9 ay daha ömür verdi. Onun arzusu ilə ailə qurdum, qızım Gülər dünyaya gəldi".
Aysel










































