"Anamın son nəfəsində əynində olan paltarı saxlamşam. Onun üçün daxıxanda açıb qoxlayıram"
Bu sözləri "Azxeber Media"nın ərsəyə gətirdiyi "Mən evdən uzaqdayam" avtobioqrafik müsahibələr silsiləsindən Xocalıda 8 gün erməni əsirliyində olan, ən dəhşətli işgəncələrə məruz qalan mərhum Dürdanə Ağayevanın qızı Ləman Camalova deyib.
O, anasının Xocalı əsirliyində gördüyü işgəncələrdən danışıb:
"Anam 20 yaşında əsir düşdü, amma azad olunanda 80 yaşlı qadın kimi idi. Səkkiz günün içində saçının önündə bir topa saç ağarmışdı. Anam əsirlikdə olarkən başına gələnlərdən danışmağı heç sevmirdi. Anam amansız xəstəliyə də başına gələnləri ürəyində saxladığı üçün tutuldu. Onun xərçəng olduğuna heç kim inanmırdı.
Anasının vəfatından danışan Ləman anasının son sözündən danışıb:" Anamın son sözü "qoymayın ölüm" oldu. Ona yalan danışmazdım, xəstələnəndən sonra
hər gün yalan danışmağa başladım. Anam vəfat etdikdən sonra onun ayaqlarını qucaqlayıb, o qədər öpdüm ki onu... Axırıncı gün əynində olan paltarı hələ də saxlayıram. Hər gecə onu qoxlamasam yata bilmirəm".