Anar Bakı merinə cavab verdi: AYB-də heç kəsin arvadı erməni deyil

Anar Bakı merinə cavab verdi: AYB-də heç kəsin arvadı erməni deyil
SOSİAL
19:16 09.09.2017
22642

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

A.Rzayev "Report"a açıqlamasında deyib ki, H.Abutalıbova dərin hörməti var və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmir:

"Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə də dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar".

Yazıçılar Birliyinin sədri hesab edir ki, "26" kafesinin adının "26 Bakı komissarları" ilə bağlı olması inandırıcı deyil: "Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, "26” rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir".

A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, "26” rəqəmi Azərbaycanda ləğv olunmayıb: "Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini "26 Bakı komissarları”nın adı ilə bağlamaq gülüncdür, böyük bir absurddur.

Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə "23” qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.

O ki qaldı, "26 Bakı komissarı” adlı küçəyə onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin "26-lar”ın adını daşıyıb. Amma indi ayılıblar, vaxtında ayılmaq lazım idi".

Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.

H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib: "Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar. Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR