Anar Ələkbərov bir sıra ziyalı və ictimai xadimlə görüşdü - FOTOLAR

Anar Ələkbərov bir sıra ziyalı və ictimai xadimlə görüşdü - FOTOLAR
SOSİAL
20:49 21.07.2020
2905

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.

AZXEBER.COM xəbər verir ki, görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində yoluxmaların sayının azalmasına nail olunub.  Xarici ölkələrdən cəlb olunan mütəxəssislər virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərirlər və artıq müsbət nəticələr əldə etmək mümkün olur. Anar Ələkbərov görülən işlərdə dövlətin çağırışlarına dərhal cavab verən, dəstək göstərən özəl sektorun rolunu da xüsusi qeyd edib. Bildirib ki, xarici mütəxəssislər də ölkəmizdə bu işin daha yaxşı və düzgün aparıldığını dəfələrlə vurğulayıblar. Bütün bunlar ölkəmizin tezliklə bu ciddi problemin öhdəsindən gələcəyini deməyə əsas verir. Bunun üçün daha həmrəy olmalı və vətəndaş kimi məsuliyyətimizi artırmalıyıq. Xüsusi karantin rejimində proseslərin mərhələli şəkildə yumşaldılmasından danışan Anar  Ələkbərov addımların düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin və medianın, ictimaiyyət nümayəndələrinin bu sahədə təbliğatla bağlı dəstəyinin vacibliyini vurğulayıb.

Görüşdə eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr müzakirə olunub və işğalçı Ermənistanın növbəti təxribatının fonunda insanların  yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi bildirilib. Qeyd olunub ki, həmrəylik təkcə Azərbaycan daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşanır. Müxtəlif dövlətlərdə yaşayan azərbaycanlılar Azərbaycanın haqq səsini çatdırmaq üçün birləşiblər. Amma bununla yanaşı sosial şəbəkələrdə insanlara qorxu, panika hissini aşılamağa çalışanlar da var. Belə xoşagəlməz halların qarşısını almaq üçün isə imkanlarımızı səfərbər etməliyik. Bu istiqamətdə ictimai həyatda fəal olan şəxslərin fikirlərinin, təkliflərinin əhəmiyyətli olduğu bildirilib.

Görüşdə çıxış edən yazıcılar, şəhidlərin ailə üzvləri, jurnalistlər,  millət  vəkilləri, hüquqşunaslar və incəsənət xadimləri belə bir formatda görüşün təşkilinə görə minnətdarlıq ediblər. İctimai xadimlər pandemiya dövründə vətəndaşları narahat edən məsələlərə toxunub, öz fikirlərini və təkliflərini bildiriblər. 

Çıxış edənlər sosial mediada aparılan təxribatlardan danışıblar və Azərbaycanın müharibə şəraitində olan bir dövlət kimi bunun qarşısını almaq  üçün effektiv mexanizmlər tətbiq etməli olduğunu vurğulayıblar. Görüşdə ictimai xadimlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi səslənən fikirlərin əhəmiyyətini qeyd edib və təkliflərin nəzərə alınacağını bildirib.















OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək