Anar Hüseynova yeni vəzifə verildi - Nazirlikdə kadr dəyişikliyi

Anar Hüseynova yeni vəzifə verildi - Nazirlikdə kadr dəyişikliyi
SOSİAL
12:09 26.04.2021
2663
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxıb.

AZXEBER.COM-un Report.az-a istinadən verdiyi məlumata görə, bu vəzifə Fəda Abbasova həvalə edilib.

Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.
OXŞAR XƏBƏRLƏR