Anar Mədətovdan ayrılan Samir onlarla işləyəcək

Anar Mədətovdan ayrılan Samir onlarla işləyəcək
MAQAZİN
16:33 17.01.2018
1880
Xəbər verdiyimiz kimi, müğənni Samir Piriyev 4 il birlikdə çalışdığı prodüser Anar Mədətovla yollarını ayırıb.
 
AZXEBER.COM Primetime.az-a istinadən xəbər verir ki, ifaçı bir çox uğurlu layihə və konsertlərə imza atmış "KEvents Group”la birgə işləməyə qərar verib.

Samir Piriyev yeni işbirliyi haqda bunları deyib: "Bu işbirliyindən çox razıyam. Bizə bol şans və uğur gətirəcəyinə inanıram. Çünki çalışmağa başladığım "KEvents Group”un işlərinə bələdəm”.
 
Qeyd edək ki, "KEvents Group” başda Kənan Bayramov və Elnur Həsənov olmaqla bir neçə prodüserlə və yaradıcı qrupla birgə fəaliyyətini davam etdirir.
OXŞAR XƏBƏRLƏR