İş adamı məşhur “Aləm gözəl” mahnısının müəllifi imiş.
Tanınmış iş adamı Anar Məmmədov məşhur mahnıların da müəllifi imiş. Bunu “Space” TV-də yayımlanan verilişlərin birində müğənni Abbas Bağırov deyib. O bildirib ki, oxuduğu “Aləm gözəl” mahnısının müəllifi iş adamı Anar Məmmədovdur. Abbas Bağırovun ifasında eşidilən və bəyənilən bu mahnını gələcəkdə daha kimlərin oxuya biləcəyi ilə bağlı suala cavabında müğənni belə deyib: “Müəllif mahnını mənim oxumağımı istəyib. Mənim Anar Məmmədova böyük hörmətim var. Müəllif gələcəkdə mahnını başqalarının da oxumasını istəsə, onlar da oxuyacaq”