Anar Məmmədxanovun vəfatından iki il ötür - VİDEO

MƏDƏNİYYƏT
10:07 23.04.2013
1537
Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 2 il ötür. Anar Məmmdxanov 2 il əvvəl bu gün qəflətən ürək tutmasından vəfat etmişdi.Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.Evli idi, 3 övladı var.Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR