Anar Nağılbazın anası: "Oğlumu öldürdülər, indi nəvəmə keçiblər"

Anar Nağılbazın anası: "Oğlumu öldürdülər, indi nəvəmə keçiblər"
MAQAZİN
11:50 12.05.2025
512
"Necə ki, zamanında Anarın üstünə gəlib, təhqirlər yazmağa başladılar, indi də övladım Tamerlana keçiblər”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika Cəbiyeva deyib.
 
"Space TV”də "Tarixin bir günü” verilişində qonaq olan xanım, oğluna olan təzyiqlərdən danışıb:
 
"İllər öncə Anara olunan haqsızlıqlara bu gün oğlum məruz qalır. Tamerlan öz sosial media hesabında ifa etdiyi repləri paylaşır. Professional deyil, həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib, artıq hər şey unudulub. Amma yox, indi eyni şeyləri Tamerlan yaşamağa başlayıb”.
 
Daha sonra efirdə Anar Nağılbazın anasının müsahibəsi yayımlanıb.
 
Şərqiyyə Cəbiyeva Anarın depressiyaya düşdüyünü, bu zaman tək qaldığını açıqlayıb:
 
"Anar depressiyaya düşəndə tək qaldı. Onun yayılan videosunu da qurma olaraq təşkil eləmişdilər. Anarın beləcə qəsdinə durdular. Onu da nə məqsədlə edib, edən şəxs özü yaxşı bilir. Oğlumu öldürdülər, indi də nəvəmə keçiblər. Tamerlan bu işi həvəskar şəkildə edir. Mən oğlumun ətrini Tamerlandan alıram. Xahiş edirəm, Anarın o videosunu portallardan silin”.
 
Aysel

OXŞAR XƏBƏRLƏR