"Azərbaycan repinin atası" sayılan Anar Nağılbazın ölümündən qısa zaman öncə bəstələdiyi və müğənni İradə İsakova ilə birlikdə oxuduğu heç vaxt yayımlanmayan "Sev" mahnısı üzə çıxıb.
Bunu AZXEBER.COM-a açıqlamasında müğəni İrada İsakova bildirib.
"Sev"i arxivindən təsadüfən tapdığını deyən müğənni sevincini bölüşüb:
"Anarın vaxtsız gedişi hamımızı çox məyus etdi. Birgə işimiz "Sev" də elə o kədərin kölgəsində unudulmuşdu. Nə yaxşı ki, it-bat olmayıb, gec də olsa, arxivdən tapıldı".
Qeyd edək ki, repçinin ömrünün son günlərində bəstələdiyi mahnının sözləri Ülviyyə Alovluya aiddir.
Həmin mahnını təqdim edirik:
Aysel