Anasının namusunu qoruyan 16 yaşlı yeniyetmənin acı həyat hekayəsi

MARAQLI
15:35 22.12.2010
2252

 

Qonşuluqda yaşan Cəmil Karakurt və 47 yaşlı Hamit B. arasında münaqişə olub. Cəmil Karakurt həyat yoldaşının ondan ayrılmasına görə qonşusunu günahkar bilirmiş. Çünki qadınla qonşusu arasında münasibətlərin olması barədə söz-söhbət yayılıbmış. Qisas almaş istəyən Cəmil gecə saatlarında qonşusunun evinə gedib. O, qapını açan Güller B.-yə “Arvadım sənin ərinlə münasibətləri üzündən məni tərk etdi. Ailəmi dağıtdınız. Namus məsələsinin nə olduğunu sizə göstərəcəm” deyib. O, qadını başqa otağa sürüyərək, zorlamaq istəyib. 

Güller B.-nin qışqırmasını, kömək istəməsini yatan oğlu F.B. eşidib. O, evdəki tapança ilə qonşusuna atəş açıb. Cəmil Karakurt hadisə yerində ölüb.

Məhkəmədə ifadə verən 16 yaşlı yeniyetmə bildirib ki, atası ilə qonşuları arasında münaqişə olub: “O, ailəsinin dağılmasına görə atamı günahlandırırdı. Səhərə yaxın anamın qışqırmasına oyandım. Səsin gəldiyi otağa girəndə Cəmilin anamın paltarlarını çıxartmağa çalışdığını gördüm. Anamı buraxmasını tələb etdim. Məni də söydü. Mən də əmimdən qalan tapançanı götürərək, yenidən otağa qayıtdım. Bir daha anamı buraxmasını tələb etdim. Amma bu tələbə də məhəl qoymadığını gördükdə, bir dəfə atəş açdım. Anamı buraxdı və mənim üstümə gəldi. Qorxudan dalbadal atəş açdım. Onu öldürməsəydim, anama təcavüz edəcəkdi”.

Məhkəmədə Güller B. də şahid kimi ifadə verib. O bildirib ki, hadisə baş verən gecə əri və böyük oğlu işdə olub: “Zəng çalınanda qapını açdım. Cəmil Karakurt mənə hücum etdi. “Sənin ərin mənim arvadıma nə etdisə, mən də sənə edəcəm” dedi. Məni sürüyərək otağa saldı və paltarlarımı çıxartmağa başladı. Ona müqavimət göstərə-göstərə qışqırmağa başladım”.  Qadın da bildirib ki, oğlu qonşusunu öldürməsəydi, ona təcavüz edəcəkmiş. 

16 yaşlı yeniyetmənin məhkəməsi davam edir. //milli.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir