Qonşuluqda yaşan Cəmil Karakurt və 47 yaşlı Hamit B. arasında münaqişə olub. Cəmil Karakurt həyat yoldaşının ondan ayrılmasına görə qonşusunu günahkar bilirmiş. Çünki qadınla qonşusu arasında münasibətlərin olması barədə söz-söhbət yayılıbmış. Qisas almaş istəyən Cəmil gecə saatlarında qonşusunun evinə gedib. O, qapını açan Güller B.-yə “Arvadım sənin ərinlə münasibətləri üzündən məni tərk etdi. Ailəmi dağıtdınız. Namus məsələsinin nə olduğunu sizə göstərəcəm” deyib. O, qadını başqa otağa sürüyərək, zorlamaq istəyib.
Güller B.-nin qışqırmasını, kömək istəməsini yatan oğlu F.B. eşidib. O, evdəki tapança ilə qonşusuna atəş açıb. Cəmil Karakurt hadisə yerində ölüb.
Məhkəmədə ifadə verən 16 yaşlı yeniyetmə bildirib ki, atası ilə qonşuları arasında münaqişə olub: “O, ailəsinin dağılmasına görə atamı günahlandırırdı. Səhərə yaxın anamın qışqırmasına oyandım. Səsin gəldiyi otağa girəndə Cəmilin anamın paltarlarını çıxartmağa çalışdığını gördüm. Anamı buraxmasını tələb etdim. Məni də söydü. Mən də əmimdən qalan tapançanı götürərək, yenidən otağa qayıtdım. Bir daha anamı buraxmasını tələb etdim. Amma bu tələbə də məhəl qoymadığını gördükdə, bir dəfə atəş açdım. Anamı buraxdı və mənim üstümə gəldi. Qorxudan dalbadal atəş açdım. Onu öldürməsəydim, anama təcavüz edəcəkdi”.
Məhkəmədə Güller B. də şahid kimi ifadə verib. O bildirib ki, hadisə baş verən gecə əri və böyük oğlu işdə olub: “Zəng çalınanda qapını açdım. Cəmil Karakurt mənə hücum etdi. “Sənin ərin mənim arvadıma nə etdisə, mən də sənə edəcəm” dedi. Məni sürüyərək otağa saldı və paltarlarımı çıxartmağa başladı. Ona müqavimət göstərə-göstərə qışqırmağa başladım”. Qadın da bildirib ki, oğlu qonşusunu öldürməsəydi, ona təcavüz edəcəkmiş.
16 yaşlı yeniyetmənin məhkəməsi davam edir. //milli.az