Anası ilə birlikdə itkin düşən oğlanın meyiti tapıldı

Anası ilə birlikdə itkin düşən oğlanın meyiti tapıldı
SOSİAL
12:50 11.09.2022
571
Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.
OXŞAR XƏBƏRLƏR