Leyla Əliyeva növbəti abad həyətin açılışında - FOTOLAR

Leyla Əliyeva növbəti abad həyətin açılışında - FOTOLAR
SOSİAL
22:02 17.07.2025
938
İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "AB" yaşayış sahəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 3500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

AZXEBER.COM xəbər verir ki, "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş bu həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları yerləşdirilib, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ yeni ağaclar və mövsümi güllər, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən, havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət” layihəsi çərçivəsində bu günədək 159 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin "qaynar xətt”i "1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz