Uşağın doğma anasının ona hücum edərək, yaralaması xəbəri eşidənləri dəhşətə gətirib.
AZXEBER.COM-unTürkiyə KİV-lərinə istinadənverdiyixəbərə görə, hadisə Çində baş verib. 8 aylıq körpəsini əmizdirən ana qəfildən əsəbiləşib.
Uşağın onu dişləməsinə dözə bilməyən qadın əlinə keçən qayçı ilə övladının bədəninə 90 xəsarət yetirib. Qardaşının övladını qan içində aşkarlayan əmisi isə onu dərhal xəstəxanaya çatdırıb və onun həyatını xilas etmək mümkün olub. Çoxusu üzünə yetirilməklə, 90 xəsarət alan körpəyə 100-dən çox tikiş vurulub. Körpənin anası və iki əmisi ilə eyni evdə yaşadığı məlum olub. Qəddar ana həbs olunub. Ekspert rəyindən sonra qadının ağlının yerində olduğu müəyyən edilib.
