Hadisə Türkiyənin Antalya şəhərində baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası üçün bankdan kredit götürən Fatma Kızılçelik əri Osman Kızılçeliklə mübahisə edib. Mübahisəni davaya döndərən Osman Kızılçelik həyat yoldaşını boğaraq öldürüb. Fatma Kızılçelikin işə gəlməməsindən narahat olan qardaşı onların evinə yollanıb. Bacısının cəsədini yataq otağında tapan qardaşı dərhal polisə xəbər verib.
Polislər tərəfindən nəzarətə götürülən Osman Kızılçelik cinayəti etiraf edib.
Qızılgül
![](/file/pic/xeber/2016-09-05/1118.jpg)