Anası yaşda qadını hədələyərək zorladı

Anası yaşda qadını hədələyərək zorladı
13:58 11.03.2013
2912

Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən Zareçensk rayonu ərazisində 23 yaşlı azərbaycanlı saxlanılıb.

İstintaqın fərziyyəsinə görə, o, maşın qarajında 52 yaşlı qadını zorlayıb.Gün.Az “Tulskaya pressa”ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin vilayət üzrə rəsmi nümayəndəsi Olqa Bobrova məlumat verib.Onun sözlərinə görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131, 132-ci maddələri üzrə cinayət işi qaldırılıb.“İstintaqın məlumatına görə, martın 10-u gecə saatlarında Qaqarin küçəsində yerləşən qaraj kooperativinin ərazisində 23 yaşlı şübhəli şəxs 52 yaşlı qadını bıçaqla hədələyərək ona hədə-qorxu gəlib” ,- deyə O.Bobrova əlavə edib.Hazırda sübut bazasının möhkəmləndirilməsi istiqamətində istintaq işi aparılır.Cinayət işinin araşdırılması davam etdirilir.

OXŞAR XƏBƏRLƏR