Anasını 192 bıçaq zərbəsi ilə qətlə yetirən yeniyetmə: “Bacılarımı çağırıb dedim ki...”

Anasını 192 bıçaq zərbəsi ilə qətlə yetirən yeniyetmə: “Bacılarımı çağırıb dedim ki...”
KRİMİNAL
16:57 14.11.2023
1032
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib.

Görüntüdə Z.Mansurov bildirib ki, o anasının qətlini əvvəlcədən planlaşdırıb:

"Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şişlə-təpik zərbələri endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun yataq otağına keçdim, üstü yarıya qədər örtülü, üzü aşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O yatağından qalxıb məni kənara itələyib bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən ona zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən zərbələr endirdim. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. Bu vaxt o halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt onun boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində idi. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb. Daha sonra bacılarımı çağırıb dedim ki, öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər”.

Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib.

Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atası və polislərin qorxusundan siliblər.

Prokuror Rauf Malışov bildirib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var.

Zərərçəkmiş şəxsin vəkili Hikmət Xəlilov hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib:
"Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyiblər. Bu işdə ağırlaşdırıcı məqamlar var ki, onlar araşdırılmayıblar. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur”.
Müşavirədən sonra vəsatət təmin olunub, iş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Mansurov cinayəti törədən zaman məktəbli olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xaçmazda dənizdə kişi meyiti tapılıb
21:41 28.07.2025
Xaçmazda dənizdə kişi meyiti tapılıb
Ermənistan ordusunun hücumları nəticəsində yaralanmış, əsirlikdə olmuş şəxslər məhkəmədə ifadə veriblər
21:36 28.07.2025
Ermənistan ordusunun hücumları nəticəsində yaralanmış, əsirlikdə olmuş şəxslər məhkəmədə ifadə veriblər
Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
21:25 28.07.2025
Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
21:17 28.07.2025
Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
16 yaşlı Sənan və Əlini xilas etmək istəyərkən həlak olan Rəvan hərbçi imiş
20:58 28.07.2025
16 yaşlı Sənan və Əlini xilas etmək istəyərkən həlak olan Rəvan hərbçi imiş
"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu heyətinə qatıb
20:49 28.07.2025
"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu heyətinə qatıb
Pavel Durov Fransada yenidən dindirilib
20:44 28.07.2025
Pavel Durov Fransada yenidən dindirilib
Putinlə Netanyahu arasında telefon danışığı olub
20:32 28.07.2025
Putinlə Netanyahu arasında telefon danışığı olub
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
20:25 28.07.2025
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb